22.11.2024, 18:27
AZ EN
29.12.2022, 16:55 280

Yeni müharibə istəyirlər...

YAZILAR
  • Özünü "arsax respublikasının hökuməti" adlandıran Xankəndidəki hay bandasının dekabrın 29-da Ermənistan KİV-ində yayllmış bəyanatında onların və himayədarlarının reallığı dərk etmək üçün normal təfəkkürə sahib olmadıqları bir daha təstiqlənir.

Azərbaycanın haqlı tələblərini müxtəlif vasitələrlə qulaqardına vuran banda yenə də dünyanın aparıcı təşkilatlarına gözyaşları ilə dolu müraciət edərək dəstəklənmələrini xahiş etməklə yanaşı bildiriblər ki, mədənlərdə gorülən işlər dünyanın müasir  texnlki və ekoloji standartlatına "cavab versə də", son vaxtlar "qonşu ölkə"nin (Azərbaycan nəzərdə tutulur - red.) yenidən  müharibəyə başlamaq üçün fürsət axtardığını nəzərə alaraq mədənlərin fəaliyyətinin müvəqqəti dayandırılması qərara alınıb. Erməni qorxaqlığından irəli gələn bu qərarın dəstəklənməsinin tarixi önəm daşıdığını xüsusi vurğulayan keşiş Ter-hovhannes Hovhannesyan  isə ötən əsrin 80- ci illərindən Xankəndidə yaşadığın və "arsaxın müstəqillik əldə etməsində fəallıq göstərdiyini" bir neçə dəfə lovğalıqla təkrarladıqdan sonra hamını qarşıdakı müharibəyə hazır olmağa çağırıb. Sonda isə çıxışına belə bir gülməli  cümlə əlavə edib :"Bu  dəfə Astvas (Allah - red.) əzablar görən hayların köməkçisi olacaq".

Biz isə, deyirik ki, Allah haqqı, sizin bu dəfə nəinki Qarabağda, heç indi Ermənistan adlandırdığınız Qərbi Azərbaycanda da iziniz-tozunuz qalmayacaq.

NƏSİB

Oxşar xəbərlər