“İl başlayar-başlamaz Ermənistanın bu davranışlarını başqa cür qiymətləndirmək mümkün deyil. Bir tərəfdən Paşinyan sülhdən danışır, real Ermənistandan danışır, amma başqa bir tərəfdən də müharibəyə hazırlaşır. Azərbaycanın mövqelərini iki mühüm strateji istiqamətdən atəşə tutur. Çünki biz bilirik ki, bu iki mühüm strateji kommunikasiya nöqtəsinin üzərində olan ərazilərdən Azərbaycan mövqeləri atəşə tutulub”.
Bunu millət vəkili Hikmət Babaoğlu İTV-yə açıqlamasında deyib.
İrəvanın pozuculuq fəaliyyəti həm də onu göstərir ki, Ermənistanın kommunikasiyaların açılması ilə bağlı bəyanatlarına inanmaq olmaz. Üstəlik, regionda sabitliyin pozulmasında maraqlı olan dövlətlər həmişə olduğu kimi Ermənistandan istifadə edə bilir.
Millət vəkili daha sonra əlavə edib ki, Bəzi güc mərkəzləri Ermənistanı uğurlu bir hərbi əməliyyata sövq etməklə Azərbaycan üzərində hərbi-psixoloji üstünlük əldə etməsi üçün əllərindən gələni edirlər. Hindistan da bunu edir və bizim qonşumuz İran da bu məsələlərə çox maraqlıdır. Hər fürsətdə bunu xüsusi olaraq vurğulayır. Bu gün İran xarici işlər naziri Türkiyədə Türkiyə xarici işlər naziri ilə görüşü olacaq. Türkiyəyə getməzdən əvvəl yenə bəyanat verir ki, kommunikasiyaların açılmağında İran maraqlıdır. Amma dövlətlərin ərazi bütövlüyü də bunun üçün prioritetdir”.
Amma bu kimi təxribatlar sülh sazişinin imzalamaq imkanlarını qaçırsa da, ümumilikdə itirən tərəf İrəvan olacaq. Ötən illərdə hərbi ritorikanın bu ölkəni hansı vəziyyətə saldığı da unudulmayıb.
Tahirə AĞAMİRZƏ