22.11.2024, 08:50
AZ EN
27.12.2023, 16:59 224

Fransa həm keçmişi, həm də bu günü ilə sivil bəşəriyyətin üz qarasıdır

YAZILAR
  • Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunması, sözügedən ölkənin diplomatik nümayəndəliklərinin “cəsus yuvası”na çevrildiyindən xəbər verir.

Bunu siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Dekabr ayının əvvəllərində Burkino-Fasoda Fransa səfirliyinin 4 əməkdaşının casusluq və pozuculuq fəaliyyətində şübhəli bilinərək saxlanıldığını xatırladan E.Mirzəbəylinin sözlərinə görə, bir neçə gün öncə ictimailəşdirilən məlumatda, saxlanılan şəxslərin Fransa xarici kəşfiyyat baş idarəsinin əməkdaşları olduqları, Burkino-Fasodakı diplomatik nümayəndəliyə “texniki işlərin yerinə yetirilməsi” adı altında, diplomatik toxunulmazlıqları təmin edilməklə göndərildikləri bəlli olub. Həmçinin aydın olub ki, “casus-diplomatlar”ın əsas “fəaliyyət istiqamətləri” Burkino-Fasoda Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxış edənlər haqqında məlumat toplamaqdan və “beşinci kolon” təmsilçilərinin sabotaj xarakterli addımlarını əlaqələndirməkdən, onları təlimatlandırmaqdan ibarət olub.

Siyasi ekspertin fikrincə, bütün bu faktlar, həmçinin Fransa xüsusi xidmət orqanlarının Cənubi Qafqazda, Mərkəzi Asiyada fəallaşması ilə bağlı, Azərbaycanın təhlükəsizlik orqanlarının peşəkarlığı nəticəsində əldə olunan məlumatlar, Parisin, mühüm enerji və nəqliyyat dəhlizlərinin keçdiyi, yenilərinin inşa olunduğu geniş bir regionda sabitliyi pozmaq, qarşıdurma yaratmaq niyyətindən xəbər verir. Fransanın səfirliklərinin rezidenturası, yaxud Faransa şirkətlərinin əməkdaşları vasitəsilə həyata keçirilən casusluq fəaliyyəti, artıq bu ölkənin diplomatik təmsilçilərinə və vətəndaşlarına münasibətdə, təkcə Azərbaycanda deyil, digər ölkələrdə də xüsusi yanaşmanın tətbiqini zəruri edir.

Elçin Mirzəbəyli xatırladıb ki, Fransanın Cənubi Qafqazdakı və digər regionlardakı, əsasən diplomatik korpus üzvlərindən ibarət olan casus şəbəkəsinin rüsvayçı ifşası, bu ölkənin xarici təhlükəsizlik (xarici kəşfiyyat) baş idarəsinin rəhbəri Bernard Emienin Emmanuel Makron tərəfindən istefaya göndərilməsi ilə nəticələnib: “Emie bütün fəaliyyəti boyu diplomatiya ilə casusluq fəaliyyəti, kəşfiyyat arasında var-gəl edib. 1998-2017-ci illərdə Fransanın İordaniyada, Livanda, Türkiyədə, Böyük Britaniyada, Əlcəzairdə səfiri olub. Xarici təhlükəsizlik (xarici kəşfiyyat) baş idarəsinin rəhbəri vəzifəsinə də Fransanın indiki prezidenti tərəfindən gətirilib. Bernard Emienin diplomat keçmişi sübuta yetirir ki, Fransanın müxtəlif ölkələrdəki diplomatik nümayəndəliklərinin casus yuvasına çevrilməsi, məhz Emmanuel Makronun strategiyasıdır və son hadisələr Fransa prezidentinin kəşfiyyat sahəsində də rüsvayçı uğursuzluğa düçar olduğunu təsdiqləyir”.

Makronun aqressiv, hikkəli və Fransanın mövcud imkanları ilə uzalaşmayan siyasətinin onun ölkəsini dünyanın müxtəlif regionlarında, həm də bütün istiqamətlərdə nüfuzdan düşməsinə zəmin yaratdığını diqqətə çatdıran siyasi ekspert əlavə edib: “Artıq Fransanın, nəinki diplomatik nümayəndəliklərinə, hətta dövlət və özəl şirkətlərinə belə etimad göstərilmir. Parisin iddialı davranışları, təkcə Afrikada, Yaxın Şərqdə, Aralıq dənizi hövzəsində deyil, Cənubi Qafqazda, Mərkəzi Asiyada da dalana dirənib. Azərbaycana qarşı, əsassız, qərəzli siyasət, həmçinin rəsmi Bakının uğurlu diplomatik gedişləri Fransanın BMT Təhlükəsizlik Şurasında təxribat xarakterli qərarların qəbulu istiqamətindəki bütün cəhdlərini iflasa uğradıb. Yüksək geosiyasi iddiaları “daşa dəyən” Parisin xarici kəşfiyyat sahəsindəki uğursuzluqlarını isə, ilk növbədə, Emmanuel Makronun Azərbaycana “həzm edə” bilmədiyi biabırçı məğlubiyyəti kimi də dəyərləndirmək olar”.

Fransanın həm keçmişi, həm də bu günü ilə sivil bəşəriyyətin üz qarası olduğunu deyən Elçin Mirzəbəyli əlavə edib: Fransanın müstəmləkəçi siyasəti, tarix boyu kütləvi qətliamlarla, dəhşətli müharibə cinayətləri ilə müşayiət olunan səlib yürüşləri, müharibə və münaqişələr üzərində qurulub. Cənubi Qafqazda xarici maraqların ifadəçisi olan, gah bu, gah da digər qütbün “ətəyinə bürünən” Ermənistanı, aşırı bir aqressiya və qəzəblə himayə etməsi Fransanın siyasi dairələrinin feodal dövrünün qaranlıqlarından qopa bilmədiklərindən, səlibçi təfəkkürlərindən xəbər verir. Görəsən, Azərbaycan torpaqlarını 30 il ərzində viran qoyan, azərbaycanlılara məxsus dini abidələri, qəbiristanlıqları dağıdan, təhqir edən, insan sümüklərinə belə əzab verməkdən “zövq” alan ultramillətçi erməni təfəkkürü ilə səlibçi, neokolonist fransız dünyagörüşü arasında hansı fərq var? Biri insan sümüklərini məzardan çıxarıb təhqir edir, digəri isə muzeylərdə nümayiş etdirir. Üslub fərqli olsa da, “əxlaq”, insana münasibət eynidir. Qırx dörd günlük müharibə dövründə işğalçılar, az qala geyimlərinin, hərbi texnikalarının hər yerinə xaç şəkli çəkərək, cinayət əməllərini dini ayrı-seçkilik kontekstindən təqdim etməyə, səlibçilərin dəstəyini qazanmağa çalışırdılar. Halbuki, heç bir din işğala, təcavüzə, qətliama, günahsız insanların öldürülməsinə haqq qazandırmır. Amma Fransanın davranışları Ermənistanın mülki insanların qətlə yetirməsinə, azərbaycanlılara qarşı soyqırımı törətməsinə, Azərbaycan mədəniyyətinin izlərini halal torpaqlarımızdan silməsinə, məscidlərimizin təhqir edilməsinə haqq qazandırırdı və bu proses hələ də davam etməkdədir.

Neokolonializm müasir Fransanın, yenidən dünya gücü olmaq hikkəsindən və başqalarının ac-yalavac qalması hesabına “fransız xalqına kef çəkdirmək” həvəsindən qaynaqlanır. Bu müftəxor, iyrənc istismarçılığın sərhədləri kiçildikcə, əli “müftə” sərvətlərdən üzülən, verdikləri vədləri, ənənəvi olaraq qəsb etdikləri milyardların hesabına həyata keçirə bilmədikləri üçün dünyanın dörd bir yanına nifrət püskürən fransız siyasətçiləri qəzəblərindən çat verirlər”. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR