27.10.2025, 19:41
AZ EN
27.10.2025, 17:11 23

Ağdamın iki kəndində və Zəngilanda tibb müəssisələrinin tikintisinə başlanır

QARABAĞ
  • Ağdam rayonunun Sarıcalı və Kəngərli kəndlərində tibb məntəqələrinin tikinti-quraşdırma işləri planlaşdırılır.

"Vətən səsi" xəbər verir ki, "Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti" bununla bağlı tender elan edib. Bildirilir ki, Sarıcalıda hər iki kənddə inşa ediləcək tibb məntəqəsinin tikintisnə ümumilikdə 702 min 873 manat xərclənəcəyi ehtimal olunur.

Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti isə Zəngilan rayonunda analoji tikinti işlərinin aparılması ilə bağlı açıq tender elan edib. Müsabiqə Zəngilan Rayon Mərkəzi Xəstəxanasının (91 çarpayılıq) tikintisinin hazırlığını (müvəqqəti bina və qurğular) əhatə edir. Həmin tikinti layihənin ehtimal olunan qiyməti 1 milyon 212 min 330 manatdır.

Elxan SALAHOV

Oxşar xəbərlər