Ermənistan Qərbə doğru addımlarını genişləndirmək müqabilində yalnız iqtisadi mənfəət əldə edə bilər
Ermənistan Qərblə yaxınlaşmağa can atır. İrəvan Avropa İttifaqına üzvlüyə görə ərizənin təqdim olunması üçün hərəkətə keçib. Parlamentdə referendumun keçirilməsi ilə bağlı dinləmələr keçirilib. Dinləmələrdə Respublika naminə partiyasının lideri Arman Babacanyan qaloş elan edərək bunun repressiya simvolu olduğunu deyib. Daha sonra deputat tribunadan ittifaqın bayrağını asıb: “Aydınlıq üçün xatırlatmaq istəyirəm. Bu Qaloş yadınızdadır? Mən bu tədbiri təşkil etdiyinə görə Avropa İnteqrasiya Komissiyasına minnətdaram. Müzakirənin aydın olması üçün istərdim ki, biz bu bayraq altında müzakirələr aparaq. Məncə bu, daha gözəl və təxəyyüllü olardı. Amma burda qaloş var”.
İrəvan qoca qitəyə gedən yolda nəinki Rusiya, hətta bu ölkənin ən yaxın müttəfiqi Belarusla da ittifaqı pozmaqda iddialı görünür. Xarici işlər naziri Ararat Mirzoyanın Belarus müxalifətinin lideri Svetlana Txanovski ilə Vilnüsdə görüşü deyilənləri təsdiqləyir. Müxalifət liderinin Ermənistana Lukaşenko rejiminə qarşı qətiyyətli mövqeyinə görə təşəkkür etməsi İrəvanla sıx əməkdaşlığın davam etdiriləcəyinə ümid bəsləməsi ciddi məqamlardan xəbər verir.
“Müəyyən mənada fikirlər vardır ki, anti-Rusiya cərəyanının güclənməsi bir imitasiya xaraktri daşıyır. Çünki konkret olaraq rəsmi İrəvan Avrsiya İqtisadi Birliyindən çıxmır. 102-ci hərbi bazada fəaliyyətini davam etdirir. Rusiya sərhədçiləri də Ermənistan sərhədini qoruyur. Belə olan halda yalnız Qərbə doğru addımları genişləndirmək müqabilində iqtisadi mənfəət əldə edə bilərlər”. Bunu politoloq İlyas Hüseynov “ARB24”-ə açıqlamasında deyib.
Bir neçə gün öncə Ermənistan Belarusdakı səfirini geri çağırıb. Baş nazir Nikol Paşinyan Aleksandr Lukaşenkonun hakimiyyəti müddətində bu ölkəyə getməyəcəyinə dair bir bəyanat verib. Eyni zamanda baş nazirin aparat rəhbəri Araik Arutunyan məmurların Belarusa səfərlərini qadağan edən əmr imzalayıb. Ardınca isə İrəvan Minskə nota verib. Şərhçilər Avropanın Ermənistanın bu cəhdlərini dəyərləndirəcəyi qənaətindədirlər.
Hazırladı: Tahirə AĞAMİRZƏ