23.11.2024, 00:20
AZ EN
19.05.2023, 10:01 137

Ədalət Verdiyev: “Düşmənin hava hücumu vasitələri mövqelərimizə zərbə endirə biləcək məsafəyə yaxınlaşmayacaq bir uzaqlıqda məhv edilməlidirlər”

YAZILAR
  • “Düşmənə qarşı cavab tədbiri nədən ibarət olmalıdır”-,  sualını hərbir ekspert Ədalət Verdiyev belə cavablandırıb: “PUA hücumunu bölmələrimiz həm radiovlakasiya vasitələri ilə, həm zenit raket kompleksləri ilə, izləmə-tuşlama vasitələri ilə, həm də hava müşahidə məntəqələri vasitəsilə gözlə də izləyiblər və adını çəkdiyim məntəqələrin hər biri hava hücumundan müdafiə sistemimizlə əlaqəli elementlərdir və onlar düşmənin hava hücumu barədə məlumatları aidiyyəti üzrə anında ötürməli, həmin hava hücum vasitələri bizim mövqelərimizə zərbə endirə biləcək məsafəyə yaxınlaşmayacaq bir uzaqlıqda məhv edilməlidirlər”.

Hərbi ekspert daha sonra əlavə edib ki, yəni, cavab tədbirləri dedikdə,  düşmənə qarşı cavab tədbiri bir dənə ola bilər: hava hücum vasitəsini məhv etmək və yaxud da atəş açan düşməni məhv etmək. Başqa bir tədbir hansı nəticədə yekunlaşa bilər ki... Qaneedici nəticədən danışırıq biz: “Bəzən eyni məlumatı dəfələrlə eşidirik, bu artıq auditoriyanı da qıcıqlandırır, məni də qıcıqlandırır. Yetər artıq. Əlimizdə kifayət qədər vasitələr var, zərərsizləşdirin yaxınlaşan PUA-ları. Zərərsizləşdirin, gübrəyə çevirin düşmənin o müdafiə postlarını. Biz bu qədər təmkinlə davrandıqca, erməninin ayağı daha çox yer alır. Ona görə də bu işin üzərində bir nöqtə qoymaq lazımdır. Əzər zərurət var isə Zod yatağında və ətraf ərazilərdə təhlükəsizlik və ya bufer halqasını yarat. Əsgər və zabitimizin həyati təhlükəsinə yaradılan təhdidləri tamamilə aradan qaldırmaq güc strukturunun rəhbər vəzifəlilərin birbaşa vəzifəsidir. Ona görə də aylardır ki, eşidirik ki, bütün məsuliyyət Ermənistanın hərbi siyasi rəhbərliyinin üzərinə düşür. Tamam, razıyam, düşür. Amma həmin mövqelərdə biz düşmənin birini zərərsizləşdiririk, sabah başqası gəlir, biri gün digəri gəlir. O mövqedə lazımdırsa, Azərbaycan əsgərinin yerləşdirək, lazımdırsa, həmin mövqelərin üzərində bayrağımızı sancaq, lazımdırsa, o PUA-ların havaya buraxıldığı aeroduroma zərbə endirək, lazımdırsa, o aeroduromları idarə edən erməni hərbi rəhbərlərinin oturduğu komanda idarəetmə məntəqələrini məhv edək. Amma bu iş bitsin”, - deyə hərbi ekspert vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər