Elxan Şahonoğlu yazır:
Fransanın ermənipərəstliyi davam edir, buna görə də Bakı-Paris münasibətləri tarixinin ən soyuq dövrünü yaşayır. Eyni zamanda elə etməliyik ki, Almaniya Parisin bu siyasətinə şərik olmasın. Almaniyanın xarici işlər naziri Annelena Berbok İrəvandan sonra Bakıya gəlib. Almaniyanın xarici işlər naziri İrəvanda erməni jurnalistin “Azərbaycana qarşı sanksiya tətbiq etməyi planlaşdırırsınızmı” təxribatçı sualına cavab olaraq Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına önəm verdiyini deyib. Doğrudur, keçmiş aylarda Annelena Berbok fransalı həmkarı kimi Azərbaycan əleyhinə bir neçə açıqlama vermişdi. Ancaq Bakıda ona izah edilməlidir ki, Berlin Paris kimi Azərbaycanı itirmək istəmirsə, ölkəmizlə bağlı açıqlamalarında diqqətli olmalıdır.
Hazırladı: Tahirə AĞAMİRZƏ