20.04.2025, 10:05
AZ EN
01.12.2022, 16:12 317

Ermənilər Fransanı yaltaqcasına tərifləyirlər

YAZILAR

44 günlük müharibədə Ermənistanı dəstəkləyən və bununla bağlı ədalətsiz, beynəlxalq hüquqa zidd fikirlər səsləndirən Fransanın, demək olar ki, bütün deputatları bir qayda olaraq öz çirkin oyunlarını davam etdirirlər. Noyabrın 15-də Fransa senatının qəbul etdiyi qətnamənin, necə deyərlər, mürəkkəbi qurumamış Fransa Milli Assambleyası da növbəti tarixi ədalətsizlik və riyakarlıq nümayiş etdirərək Azərbaycan əleyhinə qətnamə qəbul edib. Ölkələrindəki əxlaqla bağlı acınacaqlı duruma baxmayaraq başqa bir dövlətin suveren hüquqlarına hörmətsizlik edən Fransa rəsmilərinin ermənilərə sevgisindən irəli gələn bu qətnamə erməniləri çox sevindirib. Dekabrın 1-də yayılmış xəbərlərin əksəriyyəti məhz Fransanın ləyaqətsiz hərəkətinə hayların sevinməsi barədədir. Ayrı-ayrı şərhlərdə isə ermənilərin nə qədər yaltaq olduğu bir daha özünü göstərir. Məntiqi baxımdan bir-birinin eyni olan həmin xəbərlərdə həm də Azərbaycan və onun dostları təhqir olunur. Karine Xaçatıryan adlı feysbuk istifadəçisi isə Fransa ilə yanaşı İrana da öz sevgisini bildirməklə bu üç bacının nə qədər əxlaqsız olduğunu da isbat edir.

Nəsib QARAMANLI

Oxşar xəbərlər