Azərbaycan reinteqrasiya proseslərini də həyata keçirməyə cəhd göstərir və belə olan halda Azərbyacanın bu addımları atması dünya aləmində də fərqli bir mənzərə yaradacaq, guya Azərbaycan həmin şəxslərə qarşı soyqırımı törədir deyəsəklər. Lakin Azərbaycanın bir seçimi olmalıdır, yəni bu mərhələdə artıq qərarını verməlidir. Xatırladaq ki, bütün bunlara rəğmən müharibə zamanı da eyni ab-hava var idi, lakin Azərbaycan öz addımını atdı. İndi Xocalı və Xankəndi ilə bağlı da bütün təzyiqlərə rəğmən biz indiki mərhələdə buna gedəcəyikmi, qısa müddət ərzində bu addım atılacaqmı, yoxsa ehtiyat edəcəyik, kimi sualların cavabını da hərbi ekspert Elxan Şıxəliyev mətbuata açılamasında bildirib ki, ermənilərin hiyləgərliyi kontekstində bu məsələdə yenə də ikili oynayırlar: “Danışıqlarda əsas qabardılan məsələ erməni əsilli Azərbaycan vətəndaşlarının gələcəkdə təhlükəsizliyini təmin etməkdir. Bunun üzərindən də daxildə separatçılar bizi təhrik edəcəklər ona görə ki, biz biraz tələsək, dediyimiz o sərt gücdən istifadə edəcəyik. Sərt gücdən istifadə edən kimi, həmin bu ermənilər başlayacaq ki, əslində onların təhlükəsizliyinə burda təminat yoxdur, Azərbaycan bunun əksini edirdi deyərək beynəlxalq gücləri ora sövq etdirmək niyyətindədirlər və atdıqları addımlar ona xidmət edir.
Azərbaycan, necə ki, mərhələli şəkildə bütün strateji məqsədlərimizə, hədəflərimizə nail oluruqsa, xüsusilə Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi üzərinə deyirəm ki, biz də bu keçidi, düşünürəm ki, ermənilərin, separatçıların istədiyi kimi yox, Azərbaycanın istədiyi variantda həll etmək gücündədir və ən azından yaxın tarixdə bunu müşahidə edəcəyik” ,-deyə hərbi ekspert fikrini tamamlayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ