Siyasi şərhçi Elxan Şahinoğlunun fikrincə, Əraqçının səfərinə Pezeşkianın “qonşularla dostluq” xətti prizmasından baxmaq lazımdır. Onun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Baş nazirin müavini Şahin Mustafayevlə görüşləri iqtisadi əməkdaşlıq və ortaq layihələrə verilən önəmin göstəricisidir.
Səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirilən görüş zamanı Abbas Əraqçı Pezeşkianın Azərbaycana xüsusi hörmət bəslədiyini vurğulayıb və Prezident Əliyevi İrana rəsmi səfərə dəvət edib. Bu səfərin gələn il baş tutacağı gözlənilir.
Elxan Şahinoğlu qeyd edir ki, Pezeşkianın Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyəti səmimidir. Qərbin sərt sanksiyaları, ABŞ və İsrailin təzyiqləri fonunda İran üçün Azərbaycan kimi qonşu ölkələrlə əməkdaşlıq həyati əhəmiyyət daşıyır. Bununla belə, ölkə daxilindəki mühafizəkar dairələrin əvvəlki ritorikadan tamamilə uzaqlaşmadıqları da diqqətdən yayınmamalıdır.
Tahirə AĞAMİRZƏ