22.11.2024, 15:17
AZ EN
27.03.2023, 09:33 250

Yalana yeni don

YAZILAR

Ermənistanın təkcə  iqtidarı deyil ,özünə "şünas" donu geyindirib yalanları cəmiyyətə həqiqət kimi sırımaq istəyən "alimləri" də son günlər daha da aqressivləşiblər. Onların önündə isə Qurgen Ayvazyan, Tatevik Hayrapetyan kimi "Azərbaycanşünas", Vartan Voskanyan kimi "iranşünas"lar durub. T.Hayrapetyan "Hraparak" da yayılmış yazısında həyasızcasına bildirib ki, 2020-ci il noyabrın 9-dakı bəyanat heç də Hayastanın məğlub olmasının təzahürü deyil, bu guya, yalnız atəşi dayandıraraq danışıqlar prosesinə başlamağı tövsiyə edən sənəddir. Azərbaycanın ünvanına təhqir və böhtanlarla dolu ittihamlar irəli sürərək dünya siyasətində təxribatçılıq müəllifi olan Ermənistana hər cür dəstək verilməsini arzulayan Tatevikin erməniləri İranın dəstəyindən bəhrələnib müharibəyə başlamağa çağırması isə, əlbəttə, onun ziyalı deyil, diplomlu təxribatçı olduğunu yenidən isbatlayır. Başı yenidən dəmir yumruq istəyən belə "şünasların" qorxduqları olayın - Qarabağın haysızlaşması günü görəcəklərini isə elə biz də istəyirik.

Nəsib

Oxşar xəbərlər