22.11.2024, 17:47
AZ EN
14.05.2023, 15:31 238

Fransanın Ermənistana dəstəyi beynəlxalq hüququn tapdalanmasıdır

YAZILAR
  • Azərbaycanın Vətən müharibəsində Qələbə qazanmasından sonra Fransa regionda formalaşan yeni reallıqları qəbul edə bilmir. Rəsmi Paris öz təsir imkanlarını saxlamaq üçün hər vəchlə köhnə vəziyyətə qayıdılmasını istəyir. Ona görə də həm siyasi, həm də hərbi dəstək verərək Ermənistanı təxribatlara çəkir.

Bu fikirləri Ana Vətən Partiyası sədrinin müavini politoloq Yalçın Hacızadə söyləyib.

O qeyd edib ki, Fransanın addımları regionda sülhün əldə olunmasına maneə yaradır. Halbuki, Azərbaycan işğala son qoymaqla regionda sülhün yaranmasında oynadığı rolla Fransanın da daxil olduğu ATƏT-in Minsk qrupunun vəzifələrini yerinə yetirdi. Ermənistan–Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi məqsədilə yaradılmış Minsk qrupunun 30 ilə yaxın fəaliyyəti nəticəsində sülhə doğru bir addım belə atılmadı.

"Fransanın Ermənistana dəstəyi beynəlxalq hüququn ayaqlar altına atılmasıdır. Bütün dünya bilir ki, Ermənistan Azərbaycana qarşı silahlanır, məqsədi də torpaq iddialarıdır. Yəni, rəsmi Paris Ermənistan–Azərbaycan münasibətlərinə ədalətli yanaşmaqdan açıq şəkildə imtina etdiyini sərgiləyərək, regionda müharibənin yenidən alovlanmasına çalışır”,- deyə politoloq vurğulayıb.

Y.Hacızadə vurğulayıb ki, əlbəttə, Fransanın irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyətinə, ümumiyyətlə, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli yanaşması, ədalətsiz addımları qəbuledilməzdir. Bu günlərdə də məlumat yayılıb ki, Prezident Emmanuel Makronun qəbul etdiyi qərara görə, Ermənistana silah təchizatı ilə bağlı tədbirlərin həyata keçirilməsinə başlanılacaq. Qərarın icrası ilə bağlı Fransanın Ermənistandakı səfirliyinə yeni hərbi attaşenin təyin olunması gözlənilir. Yeni hərbi attaşe Fransadan silahların Ermənistana gətirilməsi məsələsini kurasiya edəcək. Fransanın bu hərəkətləri onun beynəlxalq imicinə də böyük zərbədir. Çünki Fransa BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi həm də dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət etməlidir. (AZƏRTAC)

Oxşar xəbərlər