Bu sənəddən sevincək olan hayların ön sıralarında olanlardan biri isə iranşünas alim Vartan Voskanyandır. Onun İrana daimi sevgisinin təməli isə öz dediyi kimi, haylarla farsların türklərə qarşı nifrəti ilə qoyulub. V.Voskanyan bu dəfə də xəyallarını reallıq kimi göstərməyə başlayıb. O, "Hraparak" ın müxbiri Hayk Gevorkyanla müsahibəsində bildirib ki, guya hay hökumətinin başçısı Nikol Paşinyan düzgün siyasət apararaq həm İranla, həm də ABŞ ilə hərbi əməkdaşlığa üstünlük verir. Bəzi hay ekspertlər Ermənistan ABŞ hərbi münasibətlərinin haylar üçün faciəli ola biləcəyini proqnozlaşdırsa da Vartan fikirlərini darta-darta yaxın zamanlarda İranla ABŞ-ın da strateji tərəfdaşlıq edəcəklərini bildirib və əlavə edib ki, bu işi məhz Ermənistan təşkil edəcəkdir.
44 günlük müharibədə və elə indi də hayların yanında olan İranın "islamın düşmənlərinə qarşı barışmaz mövqedə olması" fikri ilə yəqin çoxlarının gülüş obyektinə çevrilən Vartan, görünür psixi yelbeyin olduğuna görə etiraf edə bilmir ki, islamın ən böyük düşməni məhz sasaniliyə xidmət edən fars molla rejimidir.
Türkiyənin və Azərbaycanın əleyhinə əsassız fikirlər səsləndirən bu yelbeyin əmindir ki, Zəngəzur dəhlizi məsələsində İran-Hayastan mövqeyi ABŞ və Fransanın dəstəyi ilə daha da güclənəcəkdir. Bu kimi cəfəng fikirlərlə qaraçı-hay-fars-fransız bacılarına ABŞ kimi böyük bacının da qoşulmasına sevinən Vartan yelbeyin olmasaydı bu danılmaz tarixi dərk edər ki, zəfər Türkün qanındadır!
Nəsib Qaramanlı