05.02.2025, 18:09
AZ EN
01.05.2023, 12:48 289

Ermənilərin əriyi əziləcək

YAZILAR
  • Erməni mətbuatı xəbər verir ki, bu il iyulun 9-16-da İrəvanda "Qızıl ərik" beynəlxalq kino festivalının 20 illik yubileyi ilə bağlı festival keçiriləcək. Festivalda yerli və xarici kino filmlər nümayiş etdiriləcək.

Kino həvəskarları həmçinin beynəlxalq ictimaiyyətdə nüfuz sahibi olan kino işçiləri ilə əyani tanışlıq şansı əldə edəcəklər.

"Hraparak" isə həm də əlavə edib ki, bu ilki "Qızıl ərik" festivalında erməni kinosunun 100 illik yubileyi də öz əksini tapacaqdır.

Yubileylə bağlı görülən işlər barədə ictimaiyyətə müntəzəm şəkildə məlumat veriləcəyini bildirən agentlik xatırladıb ki, festivalda erməni "qəhrəmanların döyüş yolu" barədə filmlər nümayiş olunacaq.

Yəqin sözügedən vaxtadək ermənilərin əriyi elə orduları kimi əzilib yararsız hala düşəcək.

Nəsib

Oxşar xəbərlər