17.05.2024, 17:22
AZ EN
30.04.2024, 16:41 237

Makronun anti-Azərbaycan siyasəti Fransanın Cənubi Qafqazdakı mövqelərini zəiflədib

YAZILAR
  • "Fransa prezidendi Emmanuel Makron Azərbaycandakı səfiri Ann Buayonu niyə Bakıya geri qaytarmağa qərar verdi?

Səfir Bakıdadır və fəaliyyətini davam etdirir. Halbuki, Makron nümayişkənarə şəkildə aprelin 16-da Fransanın Azərbaycadakı səfirini “məsləhətləşmələr” adıyla geri çağırmış və şəxsən onunla görüşmüşdü ki, bunu da anti-Azərbaycan addımı kimi qiymətləndirmək mümkündür".

Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu açıqlamasında deyib. Politoloqun fikrincə, Makron səfiri bir müddət də Parisdə saxlasaydı, rəsmi Bakı da Azərbaycanın Fransadakı səfirini geri çağıracaqdı. Bu isə münasibətlərin daha da gərginləşməsinə olacaqdı: "Böyük ehtimalla Makron və onun müşavirləri hesablarında yanıldıqlarını anladılar. Birincisi, Makronun səfirini Parisdə saxladığı dövrdə Azərbaycanla Ermənistan sərhədin müəyyənləşməsində razılaşma əldə etdi. İkincisi, Makronun səfirini Parisdə saxladığı dövrdə Almaniya yenidən ön plana çıxdı və prezident İlham Əliyev Berlində Olaf Şoltsla görüşdü.

Beləliklə, Makronun anti-Azərbaycan siyasəti Fransanın Cənubi Qafqazdakı mövqelərini zəiflədib".

 Elxan Şahinoğlu hesab edir ki, əslində Makron ölkəsinin maraqlarına zidd siyasət yürüdüb: "O bu siyasətindən geri çəkiləcəkmi, bunu yaxın aylarda görəcəyik. Hələliksə, Qarabağ separatçılarının nümayəndələrini əvvəlki illərdə olduğu kimi, Parisdə tədbirlərə dəvət edərək bir qisminə mükafatlar təqdim edirlər",- deyə politoloq vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər