Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səfərdə olan erməni nümayəndə heyətinin rəhbəri, spiker Alen Simonyan bu gün Krallığın parlament nümayəndələri ilə görüşüb. O, erməni və tutuquşu xisləti ilə yenidən Azərbaycan əleyhinə əsassız ittihamlar ünvanladıqdan sonra belə bir qanuna zidd fikir səsləndirib ki, bütün beynəlxalq təşkilatlar və güclü dövlətlər, o cümlədən Böyük Britaniya Azərbaycana iqtisadi və siyasi təzyiqlər göstərməlidir ki, "arsax" blokadadan çıxsın. Bir daha qeyd etməyə dəyər ki, reallığı görməyən bu lovğa erməni hələ də dərk etmir ki, Böyük Britaniya ilə Azərbaycan etibarlı tərəfdaşdılar və hazırda Qarabağdakı quruculuq, həmçinin minadan təmizləmə işlərində ingilis şirkətləri xüsusi fəallıqla iştirak edir və bölgədəki reallığı çox yaxşı bilirlər. Ona görə də ermənilərin yalvarış və göz yaşlarını deyil, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər.
Nəsib