22.12.2024, 20:33
AZ EN
04.10.2023, 14:05 314

Elxan Şahinoğlu: "İlham Əliyevin görüşdən imtinası doğru qərardır"

YAZILAR

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtinası doğru qərardır". Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu  yazıb. Politoloqun sözlərinə görə, Fransa və onun yedəyində sürünən Almaniya rəsmiləri ermənipərəst mövqelərini gücləndiriblər. Onlar balansı Ermənistanın xeyrinə pozduqlarına görə vasitəçi ola bilməzlər: "Halbuki, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşlər Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilirdi və bu görüşlərdə nisbətən müsbət atmosfer formalaşmışdı. Fransa prezidenti Emmanuel Makron masada oturmağa başladıqdan bu yana Brüsselin vasitəçiliyində irəliləyiş olmayıb. Şarl Mişelin Makronun təzyiqi ilə masa iştirakçılarının sayını artırması yanlış qərar idi. İlham Əliyevin “masada Fransa və Almaniya varsa Türkiyə də olmalıdır” tələbi yerindədir, təklifi qulaqradına vuracaqlarsa Brüsselin vasitəçiliyi heçə enəcək. Bir də ki, sülh sazişi ilk növbədə Ermənistana lazımdır, Azərbaycan Qarabağda qayda-qanun yaradır"-, deyə politoloq vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər