18.06.2025, 03:46
AZ EN
26.02.2024, 15:58 295

Ədalət Verdiyev: "Son 4 ildə İrəvanın törətdiyi təxribatların nə ilə nəticələndiyi hamıya məlumdur”

YAZILAR
  • Son günlər Ermənistan ordusu Kəlbəcər və Naxçıvanda atəşkəsi pozmaqla hərbi planda aktivlik nümayiş etdirir. Lakin Fransaya və digər havadarlarına güvənən İrəvan heç vaxt istəyinə nail ola bilməyəcək.

"Son aylarda Fransanın Ermənistana birmənalı şəkildə dəstək verdiyinin şahidiyik".

Bunu hərbi ekspert Ədalət Verdiyev "Globalinfo.az"-a mövzunu şərh edərkən ifadə edib. Ekspert bildirib ki, 30 illik işğal tarixinə malik, hələ də Azərbaycan ərazilərini işğalda saxlayan, rəsmi Bakıya qarşı mina terrorunu şərti dövlət sərhədində davam etdirən, atəşkəsi pozan Ermənistanın Fransa tərəfindən dəstəklənməsi müsbət heç nə vəd etmir. Ümumiyyətlə, Ermənistan birinci dəfə deyil ki, havadarları tərəfindən silahlandırılır: "Artıq ikinci əsrdir ki, bu proses eyni formatda sadəcə havadarları dəyişməklə davam edir. Son 4 ildə İrəvanın törətdiyi təxribatların nə ilə nəticələndiyi hamıya məlumdur”.

Hərbi ekspertin fikrincə, Fransa müdafiə nazirinin Ermənistana səfəri çərçivəsində İrəvana silahların verilməsi onu cəsarətləndirir: “Rəsmi İrəvan getdikcə atəşkəs pozuntularının coğrafiyasını genişləndirir. 5 aylıq fasilədən sonra əvvəlcə Qafan rayonu istiqamətindən, ardınca Kəlbəcər və Naxçıvanda atəşkəsin pozulması öz məntiqi cavabını alacaq. Daha əvvəl də bu kimi halların şahidi olmuşuq. Ehtimal ki, Fransa Ermənistanı daha böyük toqquşmaya hazırlayır. Bütün bu hazırlıqları nəzərə alan Silahlı Qüvvələrimiz zərurət yarandıqda bu cür təxribatlara kifayət qədər tutarlı, adekvat və səmərəli cavab verəcəklər”,-deyə Ədalət Verdiyev vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər