02.05.2025, 11:52
AZ EN
20.05.2022, 17:03 653

Paşinyangil cəza qrupları yaradır

YAZILAR

Ermənistanın tanınmış «Hraparak» qəzeti 20 may tarixli sayında dərc etdiyi «Hakimiyyət cəza qrupları yaradır» sərlövhəli yazıda göstərilir ki, baş nazir Nikol Paşinyan müxalifətin bir aydan da çox davam edən etiraz aksiyalarına dözümlülük nümayiş etdirsə də hadisələrin sonrakı inkişafının nəticəsində istefaya gedəcəyini düşündüyü üçün güc strukturları ilə lazımi tədbirlər görülməsi haqda məsləhətləşmələr aparıb. İqtidardakı digər yüksək vəzifəli şəxslərin də iştirak etdiyi həmin qapalı görüşdə güc nazirlikləri oliqarxların maddi imkanı hesabına həm onların öz cangüdənlərindən, həm də müxtəlif məxfiliyi bacaran cavanlardan ibarət cəza qrupları yaratmağın zəruriliyini bildiriblər. Qəzet öz etibarlı mənbəyinə istinadən vurğulayır ki, onlar etirazçıların rəhbərlərinin liderlərini həbs etməyin üsulunu da müəyyənləşdiriblər. Belə ki, cəza qruplarının üzvləri mülki paltarda nümayişçilərin arasında olacaq, Paşinyan barədə istefa şüarları səsləndirilərkən qrup üzvləri bunun tam əksi olan «Nikol baş nazirdir», «Nikol Ermənistanın gələcəyidir» və s. şüarları deyəcəklər. Bundan sonra isə tərəflər arasında mübahisə yaranacaq və hətta onlar yumruq davasına çıxacaqlar. Polis isə Şirakda olduğu kimi onları idarəyə gətirib «araşdırma» apardıqdan sonra sözügedən qrupun üzvlərini azad, müxalifət nümayəndələrini isə həbs edəcəkdir.

Nəsib QARAMANLI

Oxşar xəbərlər