19.11.2025, 13:25
AZ EN
19.11.2025, 12:17 81

Rusiya müttəfiq ölkələri hədəf seçir

YAZILAR
  • Siyasi şərhçi Elxan Şahinoğlu hesab edir ki, baş verənlərdən sonra Polşanın dəmir yolu sisteminin təhlükəsizliyinin daha ciddi şəkildə təmin olunması zəruridir.

Politoloqun fikrincə, Rusiya təkcə Ukraynanı deyil, Kiyevə dəstək verən ölkələri də müxtəlif formada hədəfə almaqda davam edir. Onun sözlərinə görə, Moskvanın bu siyasəti təkcə siyasi deyil, eyni zamanda hərbi və iqtisadi təzyiq vasitələri ilə həyata keçirilir:

“Nə qədər ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirir, Kreml Kiyevlə əməkdaşlıq edən ölkələri də hədəf seçəcək”, – deyə politoloq bildirib.

Elxan Şahinoğlu Azərbaycanın Ukraynadakı diplomatik və iqtisadi struktalarına, eləcə də Türkiyəyə məxsus gəminin Rusiya tərəfindən hədəfə alınmasını bu siyasətin bariz nümunəsi kimi göstərib. O qeyd edib ki, Kreml bu dəfə Polşa dəmir yolunu hədəf seçib: “Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edən Ukrayna vətəndaşları Polşada dəmir yolunu partladaraq Belarusa qaçıblar”.

Politoloqun sözlərinə görə, bu infrastrukturun hədəf seçilməsi təsadüfi deyil: “Ukraynanın dünya ilə əlaqəsi Polşa üzərindən qurulub. Əcnəbi rəsmilər bu dəmir yolundan istifadə edərək Ukraynaya səfər edir, eyni zamanda hərbi texnika da bu marşrutla ötürülür. Prezident Zelenskinin özü də bu dəmir yolundan istifadə edir”.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər