25.06.2025, 10:58
AZ EN
02.12.2022, 12:48 383

Ermənilər indi də Lavrovu söyürlər

YAZILAR

Məlum olduğu kimi, Rusiya Feredasiyasının xarici işlər naziri S.Lavrov dekabrın 1-də Avropanın təhlükəsizliyi məsələsinə həsr olunmuş mətbuat konfransı keçirib. O, Rusiyanın Ukraynaya hücumuna yenidən Kremlsayağı bəraət qazandırmaqla Ukraynaya dəstək verən ölkələrin ünvanına tənqidi fikirlər səsləndirib. Mətbuat konfransı zamanı müxtəlif sualları cavablandıran Rusiya Federasiyasının baş diplomatı jurnalistlərin Azərbaycan və Ermənistanla bağlı suallarına bu dəfə həmişəkindən fərqli cavablar verib və bu erməni mediasında geniş müzakirə olunmaqdadır. Erməni kütləvi informasiya vasitələrinin dekabrın 2-də yaydıqları xəbərlərin əksəriyyəti də məhz sözügedən mətbuat konfransı haqqındadır. «Hraparak» qəzetinin müxbiri Hasmik Babacanyanın məqaləsində göstərilir ki, son vaxtlar həm Rusiya, həm də xarici işlər naziri S.Lavrovun fəaliyyətində Ermənistana qarşı qərəz hökm sürür. Lavrovun DQMV Azərbaycan SSR-in tərkibində olub, BMT-nin və 1991-ci ildə imzalanmış Alma-Ata sənədlərinə görə SSRİ dağıldıqdan sonra müttəfiq respublikalar məhz SSRİ dövründəki xəritələrə uyğun olaraq sərhədlərini müəyyənləşdiriblər və s. ifadələri ermənilərin qəzəbinə səbəb olub və onlar tarixi faktları mentalitetlərinə uyğun saxtalaşdıraraq «arsaxın öz müstəqilliyini» hələ SSRİ süqut etməzdən öncə elan etdiyini tutuquşu xisləti ilə təkrarlayırlar. Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda, sərhədlərin müəyyənləşdirilib təsdiqlənməsində Rusiyanın maraqlı olduğunu və bu işin tezləşdirilməsinin vacibliyini vurğulayan S.Lavrovun «Azərbaycan özünün digər vətəndaşları kimi, Qarabağda yaşayan ermənilərin də təhlükəsizliyinə, hüquqlarının qorunmasına zəmanət verir» ifadəsi erməni politoloqlar tərəfindən ajiotajla qarşılanıb. Onlar bildirirlər ki, Qarabağda yaşayan ermənilər heç vaxt Azərbaycanın tərkibində olmayacaqlar və onların öz müqəddəratlarını təyin etmək hüququ tanınmalıdır. Erməni jurnalist Lavrovun «Minsk qrupunu Fransa və Amerika dəfn etdi. Burada Rusiyalıq bir iş yoxdur» deməsi də erməni mətbuatında səs-küy yaradıb. Demək olar ki, bütün sosial şəbəkələrdə bununla bağlı narazılıq bildirilib və Lavrovun ünvanına müxtəlif təhqiredici ifadələr işlədilib. Fransaya öz sevgiləri ilə məşhur olan ermənilər sanki Lavrovdan açıq çıxırmış kimi vurğulayırlar ki, Makron dekabrın 1-də Co Baydenlə görüşüb və Ermənistan-Azərbaycan münasibətləri barədə Fransa Senatının, Milli Assambleyasının qəbul etdiyi qətnamələrə dəstək verilməsini xahiş edib. Co Bayden isə guya ermənilərin haqlı olduğunu bildirərək onlara lazımi dəstək verəcəyini vəd edib. Həmişə başqasının gücünə arxayın olan və yeri gələndə öz himayədarına xəyanət edən ermənilərin kütləvi informasiya vasitələrində Fransa ilə yanaşı İrana da dəstək davam etməkdədir. Hər iki ölkəni özlərinin etibarlı dostları hesab edən Ermənistan siyasiləri unudurlar ki, İran da, Fransa da Türk ləyaqəti önündə həmişə baş əyib. İranda baş verən haqlı etirazların ermənilər tərəfindən qınanması isə hər iki dövlətin sözün həqiqi mənasında vəhşiliklə idarə olunduğunu sübut edir.

Nəsib QARAMANLI

Oxşar xəbərlər