Xocalı soyqırımında birbaşa iştirakı olan, sabiq müdafiə naziri, hazırda Ermənistan parlamentindəki müxalif "Hayastan" fraksiyasının rəhbəri Seyran Ohanyan sülh müqaviləsi ilə bağlı müzakirə zamanı söylədiyi savadsız fikirlərinə görə fitə basılaraq iclas zalını tərk etdikdən sonra öz savadsızlığını jurnalistlərə də sübut edib. O, Paşinyanı və komandasını diletant adlandıraraq deyib ki, Bakıdan İrəvana edilən sülh müqaviləsi şərtlərinin mətnini özü də oxuyub və burada hər bir bənd Azərbaycanın xeyrinədir. O, daha sonra ürəyindəki kin-küdurəti də açıqlayıb. Deyib ki, Paşinyan və komandası hər şeydə gecikir. Biz gərək xalqımızın qorxaq olmadığını sübut edək. Bunun üçün birləşməliyik və qarşıdakı müharibəyə hazır olmalıyıq. Göründüyü kimi, cinayətkar cəzasız qaldıqca özü kimilərinin artacağına əminlik ifadə edir. Amma bu xəstə hay düşüncəsindən irəli gələn sərsəmləmə reallığı əks etdirmir və haqlı olaraq gec də olsa fitə basılır.
Nəsib