Məlumdur ki, Rusiyanın "xüsusi hərbi əməliyyat" kod adı ilə Ukraynaya hücumundan 10 aydan çox keçib və dünyanın bütün sağlam düşüncəli, vicdanlı içtimaiyyəti ukraynalıların haqq savaşını dəstəkləməkdədir. Hər bir olayı öz qeyri-insani mentalitetləri ilə dəyərləndirən ermənilər isə Ukraynada dağıdılan şəhərlərin, kəndlərin deyil, hansısa erməniyə məxsus kafenin yararsız hala düşməsinə görə gözyaşları tökür və bunun guya ukrayna əsgərlərinin törətdiyi barədə feyk xəbərlər yaymaqdan belə çəkinmirlər. Youtubda daha çox yer alan bu iftiralar İran rəsmiləri tərəfindən bu günlərdə Ukraynanın ünvanına hədə doli ittihamlarından sonra daha da çoxalıb, necə deyərlər, bacı bacıya qaxmar çıxmaqla öz gəzəyənliklərinə bəraət donu biçməyə çalışırlar. Dekabrın 27- də "Faktor TV" - də yayımlanan bir video çarxda isə erməni "ekspert" həyasızcasına bildirir ki, ukraynalılar beynəlxalq müzakirələrdə daim Azərbaycanı dəstəkləyib və guya 44 günlük müharibədə isə ölkəmizə fosforlu silahlarla da kömək edib.
İranın Rusiyaya pualar verməsini bəyəndiyini təbəssümlə vurğulayan erməni "ekspert" həyasızcasına əlavə edib ki, əgər Laçın-Xankəndi yolu Yeni ilədək açılmasa, həmin pualarla Azərbaycanın ekofəllarını "təbrik edəcəklər".
Ukrayna ordusunun verdiyi itkilərə də sevinən ermənilər belə bir dezinformasiya da yayırlar ki,guya əsgər çatışmadığına görə 13-15 yaşlı ukraynalı yeniyetmələri səfərbərliyə çağırırlar.
Fransanın bir Avropa ölkəsi olaraq Ukraynaya dəstək verməsinin də erməniləri narahat etdiyini bildirən "ekspert" sonda ürəyində bir "arzu" olduğunu da açıqlayıb, Fransa ilə İran arasında dostluq müqaviləsi imzalanarsa, çox sevinəcəyini bildirib.
Halbuki aysberqin görünməyən tərəfində bir həqiqət var: İranı inqilabdan sonra məhz Fransa idarə edir.
N.Qaramanlı