21.11.2024, 14:04
AZ EN
06.03.2023, 09:59 724

Qərbi Azərbaycan İcması hayları qorxuya salıb

YAZILAR

İki-üç aydan bir elektron kütləvi informasiya vasitələrində görünən kimi növbəti sərsəm fikirləri ilə diqqəti cəlb edən İranşünas alim Vartan Voskanyan bu gün "Hraparak"da yayılmış "Azərbaycanın xarici işlər nazirinin müavini Qərbi Azərbaycanın məskunlaşdırılması haqqında "cızma-qarasında yenə də tarixi həqiqətləri saxtalaşdırma kursuna erməni sayağı sadiqliyini nümayiş etdirib. O, belə bir dezinfeksiya yayıb ki, azərbaycanlılar indiki Ermənistan ərazisində guya 200-300 il əvvəl başqa yerlərdən gətirilərək məskunlaşdırılmışlar,erməniləri isə həmin ərazilərdən qovub çıxarmışlar.

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun martın 3-də səsləndirdiyi tarixi faktlara deyil,hayların ənənəvi  uydurmalarına istinad edən iranşünasın tarixi torpaqlarından  qaçqın düşmüş soydaşlarımızın yaratdığı Qərbi Azərbaycan İcmasının fəaliyyətindən daha çox əndişələndiyi isə elə onun "Teleqram" kanalda yaydığı saxta fikirləri ilə bir daha sübut olunur.

Amma bütün erməni saxtakarlığına baxmayaraq soydaşlarımızın Qərbi Azərbaycandakı tarixi torpaqlarına dönüşü qarşısı alına bilməyəcək prosesdir və hayların bu tarixi zərurəti qəbul etməsi elə özləri üçün faydalı olar. Əks halda "Dəmir yumruq" yenə işə düşər.

Nəsib Qaramanlı

Oxşar xəbərlər