09.06.2025, 16:29
AZ EN
05.07.2023, 12:20 350

Kiçik Tiqran böyük qələtlər edir

YAZILAR
  • Ermənistan parlamentinin müxalifətçi üzvlərindən olan Kiçik ləqəbli Tiqran Abrahamyan ABŞ səfirinin dediyi həqiqətləri məhz öz Kiçik düşüncəsi ilə qavrayaraq el təbirincə desək, başından böyük qələtlər edir.

O, səfirin Qarabağdakı ermənilərin Azərbaycanın tərkibində azad və təhlükəsiz yaşayacağı barədə fikirlərinə münasibəti ilə savadsızlığını və həyasızlığını bir daha sübut edib. Azərbaycanı işğalçı, totalitar dövlət kimi qəbul etdiyini deyən deputat amerikalı diplomatın dediklərinə müxtəlif formalı sözlərlə etiraz edərək özünün FB səhifəsində onu və ABŞ-ı  həyasızcasına təhqir etməkdən belə çəkinməyib. Yazıb ki, səfirin ailəsi və özü İŞİD-in, Əl Qaidanın tərkibində necə yaşayarsa "arsaxlılar" Azərbaycanın tərkibində elə yaşayar. Sonra isə belə bir təklif irəli sürür ki, həmin səfir arzuolunmaz şəxs kimi Ermənistandan təcili çıxarılsın.

Nəsib

Oxşar xəbərlər