Bu barədə erməni yazıçısı və mədəniyyət antropoloqu Lusine Xaratyan bu gün "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində iki ölkənin vətəndaş cəmiyyətləri nümayəndələrinin dördüncü görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Düşünürəm ki, medianın edə biləcəyi ən vacib işlərdən biri qarşı tərəfin dehumanizasiyasının olmadığı yeni narrativlər yaratmaqdır", - o qeyd edib.
L.Xaratyanın sözlərinə görə, bu, etimadı artırmağa, sülhü möhkəmləndirməyə imkan verəcək. (Report)