11.04.2026, 23:05
AZ EN
11.04.2026, 15:22 150

Areq Koçinyan: ""Sülh Körpüsü" Bakı və İrəvanın yaxınlaşması üçün işini davam etdirəcək"

XƏBƏRLƏR
  • "Sülh Körpüsü" təşəbbüsünün iştirakçıları Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi üçün fəaliyyətlərini davam etdirəcəklər.

Bunu "Sülh Körpüsü" təşəbbüsünün Ermənistan tərəfindən koordinatoru, Ermənistan Şurasının prezidenti Areq Koçinyan bu gün iki ölkənin vətəndaş cəmiyyətləri nümayəndələrinin görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, "Sülh Körpüsü" təşəbbüsünün məqsədi vətəndaş cəmiyyəti nümayəndələri, ekspertlər və media arasında əlaqələr və görüşlərin olmasıdır:

"Bu platforma cəmiyyətlərimizi 30 ildən çox davam edən münaqişədən sonra sülhə hazırlamaq üçündür. Bu, çox vacibdir. Bu, ekspertlərin yeni ideyalar gətirə, dövlət danışıqlarında hələ müzakirə olunmamış məsələləri müzakirə edə və tərəflərin bu məsələlərə yanaşmalarını qiymətləndirə biləcəyi bir platformadır".

A.Koçinyan bildirib ki, bu gün "Sülh Körpüsü" təşəbbüsünün dördüncü görüşünün keçirilməsi faktı özlüyündə artıq mühüm bir nəticədir:

"Bu, dördüncü görüş idi və biz dayanmaq niyyətində deyilik. Bu, özlüyündə mühüm amildir. Biz həmçinin razılaşdıq ki, yaxın gələcəkdə işimizə, əməkdaşlığımıza əlavə olacaq bir sıra təşəbbüslər - məqalələr, tədqiqatlar, birgə tədbirlər olacaq". (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR