11.04.2026, 21:50
AZ EN
11.04.2026, 12:20 4

Qarabağ Universiteti ilə Dünya Azərbaycanlı Alimlər Birliyi arasında əməkdaşlıq genişlənir

QARABAĞ
  • Aprelin 8-də Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) ilə mövcud əməkdaşlıq çərçivəsində Qarabağ Universitetində görüş keçirilib.

Universitetdən bildirilib ki, bu əməkdaşlıq yalnız ayrı-ayrı tədbirlərin təşkili ilə məhdudlaşmır, eyni zamanda Qarabağ Universitetinin beynəlxalq elmi mühitə inteqrasiyası, akademik potensialının gücləndirilməsi və müasir ali təhsil standartlarına uyğun inkişafı baxımından mühüm strateji əhəmiyyət daşıyır.

Tərəflər arasında əvvəlki görüşlərdə ortaq elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, müasir laboratoriyaların yaradılması, onlayn dərs və seminarların təşkili, xaricdə fəaliyyət göstərən azərbaycanlı alimlərin tədris prosesinə cəlb edilməsi, eləcə də birgə konfrans, forum və simpoziumların keçirilməsi kimi mühüm əməkdaşlıq istiqamətləri müəyyən edilib və bu istiqamətlər üzrə konkret fəaliyyət planı formalaşdırılıb.

Görüşdə DAAB-ın sədri, Almaniyada fəaliyyət göstərən azərbaycanlı riyaziyyatçı-alim, professor Məsud Əfəndiyev və birliyin üzvü, İsveçdə yerləşən Qoteborq Universitetinin professoru Səadət Kərimi iştirak ediblər.

Professor Məsud Əfəndiyev “Elmin populyarlaşdırılması” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirədə elmin cəmiyyətdə rolu, gənc tədqiqatçılar arasında elmi biliklərin təşviqi yolları, eləcə də universitetlərdə elmin təbliği mexanizmləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, müasir texnologiyaların imkanlarından istifadə etməklə elmi biliklərin daha geniş auditoriyaya çatdırılması məsələləri müzakirə olunub.

Daha sonra professor Səadət Kərimi “Ali təhsil pedaqogikası: müəllim peşəkarlığının nəzəri və praktik əsasları” mövzusunda seminar keçib. Seminarda ali təhsil müəssisələrində tədrisin səmərəliliyinin artırılması, pedaqoji innovasiyaların tətbiqi, eləcə də müəllimlərin müasir tədris metodlarından istifadə imkanları ilə bağlı praktik tövsiyələr təqdim olunub.

Bununla yanaşı, daha əvvəl Qarabağ Universitetinin Pedaqoji fakültəsi ilə birlikdə təşkil olunmuş təşkil olunmuş “Ali təhsil pedaqogikası” mövzusunda onlayn seminarı uğurla başa vuran müəllimlərə sertifikatlar təqdim edilib.

Tədbirin sonunda tərəflər əməkdaşlığın gələcək perspektivlərini müzakirə edərək birgə elmi layihələrin, seminar və təlim proqramlarının genişləndirilməsi istiqamətində razılığa gəliblər. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR