21.02.2026, 03:09
AZ EN
20.02.2026, 19:15 106

Səfir: Yaponiya şirkətləri Azərbaycanın azad olunmuş ərazilərində fəaliyyət göstərirlər

XƏBƏRLƏR
  • Yaponiya şirkətləri Azərbaycanın azad olunmuş ərazilərində fəaliyyət göstərirlər.

Bunu Bakıda jurnalistlərə açıqlamasında Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe deyib.

"Azərbaycanda Arxitektura və Şəhərsalma ilidir. Düşünürəm ki, bu həm Azərbaycan, həm də beynəlxalq səviyyədə əhəmiyyət kəsb edir. Fikrimcə, Yaponiya ilə Azərbaycan arasında bu sahədə əməkdaşlıq yaranarsa, Yaponiya şirkətlərinin təcrübələri Azərbaycanda da tətbiq oluna bilər", - səfir bildirib.

Onun sözlərinə görə, Yaponiyada "ağıllı şəhər" layihələri həyata keçirilir.

"Hazırda Yaponiya şirkətləri azad olunmuş ərazilərdə energetika üzrə Baş planın hazırlanması ilə bağlı layihədə fəaliyyət göstərirlər" , - K.Vatanabe vurğulayıb.

Qeyd edək ki, Yaponiyanın Azərbaycandakı səfirliyində bu ölkənin İmperatoru Naruhitonun doğum günü qeyd olunub. Ziyafətdən öncə səfir bu tədbirin Azərbaycanla Yaponiya arasında dostluq münasibətləri, mədəniyyət müdailəsinini daha da dərinləşdirəcəyinə ümid etdiyini bildirib. (Report)

Oxşar xəbərlər