24.12.2024, 06:37
AZ EN
15.03.2023, 12:42 222

Aİ komissarı: “Ermənistan və Azərbaycanın münasibətləri normallaşdırmaq üçün tarixi imkanları var”

XƏBƏRLƏR
  • “Ermənistan və Azərbaycan liderlərinin iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün tarixi imkanları var”.

Bunu Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varheli Avropa Parlamentinin plenar iclasında deyib.

O əlavə edib ki, tərəflər substantiv dialoqa qayıtmalıdırlar, çünki bir çox mühüm məsələlər hələ də həllini gözləyir: “Aİ Ermənistan və Azərbaycan arasında dialoqa fəal şəkildə töhfə verir. Biz ümumi məqsədə - Cənubi Qafqazda təhlükəsizliyin, firavanlığın və sülhün bərqərar olmasına nail olmaq üçün etibarlı vasitəçi roluna sadiq qalırıq”. (Report)

Oxşar xəbərlər