"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri özünün "Teleqram" səhifəsində məlumat yayıb. O, bildirib ki, görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesinin gedişatı və gələcək perspektivlər, o cümlədən parlamentlərarası münasibətlərin qurulması ilə bağlı məsələlər müzakirə olunacaq: "Biz xanım Qafarova ilə uzun müddətdir görüşmürük və mən hazırkı vəziyyətdə bu görüşü çox vacib hesab edirəm. Ümid edirəm ki, yaxşı keçəcək”.
Xatırladaq ki, Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Avropa strukturlarının təşkilatşılığı ilə keçirilən beynəlxalq tədbirlər çərçivəsində indiyədək bir neçə dəfə görüşüblər.
Elxan SALAHOV