05.02.2025, 20:04
AZ EN
08.01.2025, 14:02 231

Sərhədlərlə bağlı yeni görüş gözlənilir

XƏBƏRLƏR
  • Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası üzrə komissiyaların rəhbər nümayəndələrinin yeni görüşü gözlənilir.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin müavini Mger Qriqoryanın Aparatından bildirilib. O, deyib ki, görüşün yaxın vaxtlarda keçirilməsi nəzərdə tutulur. Amma hələ ki, konkret tarix barədə razılıq əldə olunmayıb.

Xatırladaq ki, Azərbaycan və Ermənistan hökumətlərinin müvafiq komissiyaları arasında əldə olunmuş razılaşmaya uyğun olaraq Qazaxın 4 kəndi ötən ilin yazında Azərbaycana qayraılıb. Sərhədin həmin hissəsində delimitasiyası və demarkasiya işləri bir neçə ay davam edib. Danışıqlar nəticəsində Ermənistan hökuməti Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərini rəsmi şəkildə Azərbaycana təhvil verib. Delimitasiya məsələləri üzrə danışıqların növbəti mərhələsində isə Ermənistanın işğalı altında qalan digər 4 kəndin taleyi müəyyənləşməlidir. Söhbət  Azərbaycanın Ermənistan ərazisində qalan 4 eksklav kəndindən gedir - Qazax rayonunun Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Naxçıvana aid Kərki yaşayış məntəqələri.

Elxan SALAHOV

Oxşar xəbərlər