12.04.2026, 03:59
AZ EN
11.04.2026, 22:55 110

Eleonora Sarkisyan: Dialoqun davam etdirilməsi Ermənistanın ilkin və əsas gözləntisidir

XƏBƏRLƏR
  • Hesab edirəm ki, geosiyasi dəyişikliklərə rəğmən dialoqun davam etdirilməsi Ermənistanın ilkin və əsas gözləntisidir.

Bu sözləri sülh və gender məsələləri üzrə ekspert və gənclər proqramının koordinatoru Eleonora Sarkisyan Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə təşkil olunan ikitərəfli dəyirmi masa çərçivəsində keçirilən mətbuat konfransında deyib.

“Çünki qapalı sərhədlər və faktiki olaraq heç bir təmasın, heç bir ünsiyyət nöqtəsinin olmaması səbəbindən biz uzun müddətdir ki, bir-birimizi qeyri-insaniləşdirmişik. Buna görə də, yenidən insaniləşdirmənin Ermənistan üçün prioritet məsələ olduğunu düşünürəm”, - deyə o əlavə edib. (AZERTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR