Bu barədə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömürəliyev İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının Multimodal Nəqliyyat və Logistika Forumu çərçivəsində azərbaycanlı jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, Orta Dəhlizin ən vacib parçalarından biri olan Zəngəzur dəhlizi TDT ölkələri arasında ticarət həcmini də artıracaq: “Hazırda üzv dövlətləri arasında ticarət həcmi 45 milyard dollardır. Bu kiçik bir rəqəmdir, lakin son 5 ildə iki qat bir artım müşahidə olunub”. (APA)