24.12.2024, 06:18
AZ EN
13.06.2024, 18:59 292

Rusiya XİN: Ermənistan regionda təhlükəsizlik və sabitlik yaratmaq barədə düşünməlidir

XƏBƏRLƏR
  • İrəvan mövcud problemləri aradan qaldırmalı və regiona sabitlik gətirmək üçün çalışmalıdır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə “News.ru”nun sualını cavablandırarkən deyib.

“Dünyada tərəqqi və inkişafdan kənarda qalmamaq üçün indi hamı çoxqütblülükdən danışır. Cənubi Qafqazın bu çoxqütblü dünyanın mərkəzlərindən birinə çevrilməsi lazımdır”, - o bildirib.

“Bu yaxınlarda həmin erməni siyasi xadimlər bildirmişdilər ki, KTMT Ermənistanı tərk edib. Mən sadəcə aydınlaşdırmaq istəyirəm, KTMT artıq Ermənistana qayıdıb ki, o oradan çıxa bilsin? Bu şifahi ekvilibristika ilə istədiyiniz qədər məşğul ola bilərsiniz. Bu, tamamilə ləyaqətsiz və ucuzdur. Dövlətin strateji maraqları, təəssüf ki, regionun hələ vidalaşa bilmədiyi problemlər var. Təhlükəsizlik, strateji əməkdaşlıq, o cümlədən bu regionda sabitliyə əsaslanaraq yaradılmalı olan mülki infrastruktur haqqında gələcək nəsillər naminə düşünmək lazımdır”, - M.Zaxarova qeyd edib. (Report)

Oxşar xəbərlər