21.12.2024, 00:17
AZ EN
19.10.2022, 17:36 357

Ermənilərin İrana sevgisi daha da artır

YAZILAR

Məlum olduğu kimi, Ukraynanın şəhərlərinin İranda istehsal  olunmuş dron kamikadzelərlə Rusiya tərəfindən şidddətli hücumlara məruz qalması beynəlxalq aləmdə geniş müzakirə olunmaqda, həm Rusiya, həm də bu silahları ona verən İran tənqid edilməkdədir.  Kreml İrandan silah almadığını bildirsə də, Ukraynada vurulmuş dronların ekspertizası zamanı onların İranda istehsal olunduğu təsdiqlənib. Sözügedən məsələ ilə bağlı özünü Azərbaycanşünas adlandıran erməni Anjela  Alibekova “Lurer.com”a açıqlamasında bir dövlətin başqa bir dövlətə silah satmasının qanunauyğun olduğunu  dilə gətirərək Ermənistanın da həmin silahları əldə etməsinə başlamasını məsləhət görüb. O, daha sonra İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahinin İRNA agentliyinə dediyi   “Tehran Ermənistanı İrandan ayıra biləcək regional planın həyata keçirlməsinə icazə vermədi”- sözlərini xatırladaraq həm də məhz buna görə İrana minnətdar olduqlarını bəyan edib. İranın Azərbaycana yaxın ərazidə hərbi təlimlər keçməsinin isə Ermənistan üçün gərəkli olduğunu məntiqsiz ifadələrlə şərh edən Alibekova belə bir açıqlama da verib ki, İranın zabitləri Ermənistan ordusunda “hüseynçi” dəstələri yaratmaqda və onlara təlim keçməkdədir. Fransa senatının noyabrın 15-də Azərbaycana embarqo qoyulması üçün müzakirələr aparacağını və qərar qəbul edəcəyinə inandığını və bunu indidən alqışlayan Anjela  hər iki ölkəyə ermənilərin hörmət və məhəbbətinin getdikcə artdığını da xüsusi vurğulayıb.

Əlbəttə, bir dövlətin digər dövlətlə iqtisadi, siyasi, hərbi əməkdaşlıq etməsi təbii və başadüşüləndir. Ancaq  iranlı zabitlərin erməni əsgərlərindən ibarət “hüseynçi” dəstələri hazırlaması çox gülünc görünür. Belə ki, məlum olduğu kimi, İran sasanilərinin yaratdığı şiəliyə, Ermənistan isə qriqoriyan məzhəbinə ximət edir. İndi Ermənistanmı şiəliyə, İranmı qriqoriyan məzhəbinə keçib? Bu hələ tam açıqlanmayıb. Amma bu həqiqətdir ki, özünü müsəlman dünyasının lideri hesab edən İranda “Zeynəbçi” qadınlarla ermənilərin siqə etməsinə hələ 2012-ci ilin yanvarında fətfa verilib və bununla bağlı Rusiyanın “Komsomolskaya pravda”qəzeti geniş məqalə də dərc edib.

Nəsib QARAMANLI

Oxşar xəbərlər