10.10.2024, 14:42
AZ EN
19.04.2023, 13:18 240

Erməni qadın Qarabağdakı soydaşlarını inteqrasiya etməməyə çağırır

YAZILAR
  • Paşinyanın parlamentdəki son çıxışı Erməni cəmiyyətində birmənalı qarşılanmayıb.

"Vətəndaş müqaviləsi" partiyasından sabiq deputat Sofya Hovsepyan "Hraparak"ın əməkdaşı Hayk Gevorkyanla müsahibəsində öz partiyasının rəhbəri olan baş nazir Nikol Paşinyanın sözügedən çıxışındakı fikirlərə kəskin etirazını bildirərək hətta onu nüfuzsuz adam adlandıraraq deyib ki, baş nazirin beynəlxalq aləmdə nüfuzu olmadığına görə Ermənistana da hörmətlə yanaşılmır.

Ermənistanda və Xankəndidə bahalaşmanın əhalinin dolanışığına ciddi təsir etdiyinin səbəbkarının N.Paşinyanın olduğunu bildirən sabiq deputat bütün bunlara baxmayaraq xalqın birləşib torpaqlarını müdafiə etməyini daha münasib sayıb, nəinki sülhü.

Qarabağdakı ermənilərin Azərbaycana qarşı müsbət fikrə malik olmadığına və inteqrasiya etməyəcəyinə əminlik ifadə edən S.Hovsepyan onları son nəfərədək mübarizə aparmağa çağırıb.

Əlbəttə, belələri olan yerdə dəmir yumruq işə düşməyə bilməz.

Nəsib

Oxşar xəbərlər