06.05.2025, 18:37
AZ EN
18.11.2024, 13:02 200

Borrel digər dövlətləri COP29-da iştirak etməkdən çəkindirməyə çalışsa da, bu cəhdi nəticəsiz qaldı

YAZILAR
  • Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Avropa İttifaqının "bağ", dünyanın qalan hissəsinin isə "cəngəllik" kimi təsvir edib və Azərbaycanın COP29 sədrliyini pisləyib.

Mövzu ilə bağlı mətbuata açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, belə təfəkkürlə yanaşmaq Borrelin və onun kimilərin hansı irqçi təfəkkürə malik olduğunu açıq-aydın göstərir. Borrel digər dövlətləri COP29-da iştirak etməkdən çəkindirməyə çalışdı. Azərbaycan bu istiqamətdə də öz uğurlarını təmin edə bildi. 80-dən çox dövlət və hökumət başçısının iştirakı, 70 mindən çox iştirakçının qediyyatdan keçməsi bu fikri bir daha təsdiqləyir:

"Təəssüflə qeyd etmək lazımdır ki, bir müddət əvvəl Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrel Avropa İttifaqını bağ, digər əraziləri cəngəllik kimi təsvir etməyə çalışdı. Əlbəttə ki, cavabını aldı. Bu gün belə təfəkkürlə yanaşmaq Borrelin və onun kimilərin hansı irqçi təfəkkürə malik olduğunu açıq-aydın göstərir. Təəssüf ki, dünyanın bir sıra dövlərləri Avropanın həyata keçirdiyi siyasətdən əziyyət çəkirlər. Xüsusilə dəniz aşırı regionlarda iqlim dəyişiklikləri nümunəsində də bunu görürük. Azərbaycan COP29 çərçivəsində müəyyən addımlar atır. Ancaq bəzi Avropa dövlətləri irqçi təfəkkürlə digər millətlərə dözümsüz münasibətdən xilas ola bilmir. Borrel digər dövlətləri COP29-da iştirak etməkdən çəkindirməyə çalışdı. COP29-da bir çox dövlət başçılarının iştirakı göstərdi ki, bu cəhdlərin nəticəsi olmadı. Azərbaycan bu istiqamətdə də öz uğurlarını təmin edə bildi. 80-dən çox dövlət və hökumət başçısının iştirakı, 70 mindən çox iştirakçının qediyyatdan keçməsi bu fikri bir daha təsdiqləyir".

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər