Bu sözləri Azərbaycan Kunq-fu Federasiyasının baş məşqçisi, idman eksperti Anar Süleymanlı deyib.
Bildirib ki, bu hadisə Yerevanda rəsmi idman yarışı zamanı akkreditasiyadan keçmiş şəxs tərəfindən, həmçinin ölkənin baş nazirinin müavininin gözü qarşısında baş verib və bütün bunlar Ermənistanda hökm sürən hərc-mərclik və özbaşınalığın bariz göstəricisidr. Polis şöbəsindən sərbəst buraxılan A.Nikolyanın alqışlar və böyük coşğu ilə qarşılanması, onun “qəhrəman” kimi təqdim olunması Ermənistan cəmiyyətinin nə qədər çürük olmasının və azərbaycanlılara qarşı böyük nifrət bəslədiklərinin göstəricisidir. Bu təxribatdan sonra həmin şəxsin işdən azad edilməsi isə el dili ilə desək “gözdən pərdə asmaq”dan başqa bir şey deyil.
“Azərbaycan Respublikası Baş Prokurorluğunun bu məsələ ilə bağlı ciddi beynəlxalq addımlar atacağına inanırıq. Ümid edirik ki, tezliklə bu təxribatın təqsirkarları layiqli cavabını alacaq. Bayraq yandırmağı qəhrəmanlıq kimi dəyərləndirən Ermənistan cəmiyyəti anlamalıdır ki, bununla özlərini dünyada, ümumiyyətlə beynəlxalq idman qurumları arasında rüsvay etmiş oldular. Bayrağımızın Ermənistanda təhqir olunması təəccüblü deyil. Çünki Ermənistan cəmiyyətində Azərbaycana və onun vətəndaşlarına qarşı illərlə kök salmış nifrət ermənilərdə dərin iz buraxıb”, - deyə A.Süleymanov əlavə edib. (AZƏRTAC)