"Hraparak"ın bu gün paylaşdığı xəbərlər sırasında İranla bağlı mövzularda yenə də qardaş Türkiyənin, dost İsrailin və ölkəmizin əlehinə qarayaxmalar davam edir. Bir qrup farsbaşın İranda mitinq keçirib Azərbaycanda guya “hüseyniyun xalqının” olduğunu və incidildiyini bildirməsini alqışlayan iranşünas Qarik Mikasyan belə bir gülünc yalanı da xüsusi vurğulayır ki, Azərbaycanda dini hərbi qurum var və o, məhz İrana qarşı yaradılıb. Halbuki, iranşünas dosent Vardan Voskanyan hələ 2 il öncə mətbuat konfransında və sonrakı müsabiqəsində açıqlama vermişdi ki, İran erməni əsgərlərdən ibarət xüsusi təyinatlı "hüseyniyun" dəstəsi yaradıb. Bu ilin payızında isə müsəlman qatili, Monte Melkonyanla yanaşı şəkli erməni mətbuatında dəfələrlə yayılan Qasım Süleymaninin adını daşıyan "süleymaniyun" hərbi dəstəsinin yaradıldığı bildirilmişdi.Yanvarın sonlarında həmin iranşünas NEWS 24-ə açıqlamasında xüsusi intonasiya ilə açıqlamışdı ki, İranda yaşayan ermənilər hərbi xidmətlərini Qafanda "hüseyniyun " və "süleymaniyun" dəstələrində keçirirlər, onlara həm erməni, həm də İran zabitləri komandirlik edir. Onun sətiraltı sözləri isə belə bir məntiqi nəticəyə gəlməyə əsas verir ki, ötən il Qafanda açılışı bayram edilən baş konsulluqda diplomatlar deyil, məhz sözügedən iranlı hərbçilər yerləşdirilib. Belə olduğu halda İranın "hüseyniyun" adlı xalq icad etməsinin özü də islama tam ziddir.
İran öz hərəkətləri ilə islam dövləti olmadığını elə bu gün də davam etdirir. Azərbaycan isə sosial yönümlü demokratik dövlət olsa da bütün dini dəyərlərə böyük qayğı və ehtiram göstərir.
Amma təəssüflər olsun ki, bu humanizmi nə İran,nə də nə tarixdən, nə də dindən xəbəri olmayan, hansısa mollanın şəxsi mənafe naminə olan uydurmalarını, belə demək olarsa, "Quran" ayələri kimi qəbul edən azərbaycanlı farsbaşlar görə və qəbul edə bilmirlər.
N.Qaramanlı