Ermənistan parlamentinin spikeri Alen Simonyan ötən cümə günü deyib ki, bir sıra ölkələrdə "xalq artisti" fəxri adı yoxdur, amma bu ada layiq olanlar var. Bizdə isə siyasilərin meydanlarda artistlik etməsi dəbdədir. Onlar əhalinin qarşısında elə rola girirlər ki, rəsmən xalq artisti olanlar rollarını belə oynamırlar. O, daha sonra əlavə edib ki, burada da elə adamlar oturub ki, elmdən, siyasətdən xəbərləri yoxdur, adlarını, soyadlarını düzgün yaza bilmirlər. Həmin bu elita meydanlara yığışıb istefa tələb edəndə xalqa aydın oldu ki, bunlar dövlət, dövlətçilik üçün deyil, toylarda masabəyi olmağa qadirdirlər. "Gedin sosial şəbəkələri açın, görün onlardan kimə əməkdar, yaxud xalq artisti verilməlidir", - deyə erməni spiker müxalifətin elitasını kəskin tənqid edərək siyasətdən həmişəlik getmələrini tövsiyə edib.
Doğru sözə nə deyəsən!
N.Qaramanlı