Sabiq xarici işlər naziri Vartan Voskanyanın təşəbbüsü ilə yayılan bəyanatda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanması barədə fikir açıqlanır və həyasızcasına vurğulanır ki, bu məsələdə də hay hakimiyyəti öz xalqına qarşı düşmən mövqeyi nümayiş etdirir. Uzun uzadı və bayağı ittihamlarla dolu olan bu bəyanatın heç bir hüquqi əsası olmadığını isə hay Konstitusiyasının özü təsdiq edir.
Məlum olduğu kimi, Ermənistan parlamentli respublikadır və buradakı hakimiyyəti seçkidə qalib gələn partiya formalaşdırıb parlamentin təsdiqinə verir. Parlament isə necə deyərlər, öz işini görür. 2021-ci ilin yayında da belə olub. Seçicilərin əksəriyyətinin etimadını qazanan "Vətəndaş müqaviləsi" bloku qalib gəldiyinə görə Nikol Paşinyanın baş nazir, onun təqdimatı iləsə digər vəzifələrə təyinat olub. Amma özlərini müxalifətçi diplomat adlandıran onlarla hay qanunları deyil, etnik uydurmalarını üstün tutmaqla təkcə siyasətdən deyil, həm də real həyatda yararsız olduqlarını isbatlayırlar. Hakimiyyətin isə yalnız gələn il keçiriləcək seçkinin nəticəsinə görə dəyişəcəyi qanunauyğundur.
Nəsib