18.04.2025, 16:16
AZ EN
10.11.2022, 17:08 564

Ermənilər Putinə qarşı etiraz aksiyası planlaşdırıb

YAZILAR
  • Ermənistana qarşı 44 günlük vətən müharibəsində qələbə qazanan Azərbaycanın irəli sürdüyü sülh siyasətinin ermənilər tərəfindən təxribatlarla cavablanması bu riyakar toplumun riyakarlığı noyabrın 10-da erməni mətbuatında dərc olunmuş xəbərlərdə də açıq-aydın görünür. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına imza atandan sonra bir neçə gün zirzəmilərdə gizlənən Nikol Paşinyanınbu və ya digər dövlətlərin başçıları ilə görüşündə bir söz, Azərbaycan və Rusiya liderlərinin oktyabrın 31-də keçirilmiş Soçi görüşlərində isə başqa söz deməsi artıq erməni mətbuatının da etiraf və tənqid etdiyi gerçəklikdir.

Ermənistanda böyük nüfuza malik «Hraparak» media şirkətlər qrupunun noyabrın 10-da yaydığı xəbərlər sırasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin cari ayın 8-də Şuşada Zəfər günü ilə bağlı çıxışı əsas yer tutub. Riyakarlığı və fitnə-fəsadları ilə dünya xalqları sırasında birinci yerdə qərarlaşan ermənilər bu çıxışa da məhz özlərinin mentalitetləri baxımından yanaşır, Ermənistana guya hədə-qorxu gəlindiyini gözyaşı içərisində vuğulayırlar. Baş nazir Nikol Paşinyan isə cənab İlham Əliyevin çıxışına düz 2 gün sonra - noyabrın 10-da hökumətin növbəti iclası zamanı münasibət bildirib. Əvvəlki çıxışlarında olduğu kimi, yenə də qeyri-ciddi ifadələr işlədən Paşinyan Azərbaycanın Ermənistan üçün daim təhlükə yaratdığını, dövlətimizin başçısının Ermənistanı hədələdiyini vurğulayıb. Guya iqtisadi məsələlərə həsr olunmuş bu iclasda bir dənə də olsun iqtisadi məsələ barədə danışmayıblar. Hər bir nazirin çıxışı Azərbaycanın ünvanına həqiqətdən uzaq fikirlərlə, şər-böhtanlarla «atəş açmaq» olub. Bu iclasla bağlı «Hraparak» media qrupu bir neçə şərh yayıb və bütün şərhlərdə Ermənistanın acizliyi, dünyada heç bir məsələyə təsir etmək gücündə olmadığı təkrarlanıb.

«Tatoyan» hüquq və ədliyyə mərkəzi fondunun rəhbəri, sabiq ombudsman Arman Tatoyan isə noyabrın 10-da keçirdiyi mətbuat konfransında, necə deyərlər, ermənilərin canına üşütmə salıb. O, deyib ki, Tatev, Cermuk elektrik stansiyaları və Qafandakı ehtiyat anbarları Azərbaycan silahlı qüvvələrinin birbaşa müşahidəsi və nişangahı altındadır. İstənilən vaxt həmin yerlər dağıdıla bilər. Azərbaycanın, cənab İlham Əliyevin ünvanına ənənəvi böhtanlar yağdıran Tatoyan hüquqşünas olmasına baxmayaraq hüquqla bağlı ən adi məsələdən belə xəbərsiz olduğunu öz çıxışında sübuta yetirib. Azərbaycan əsgərlərinin qurduqları postların yaxınlığında erməni qəbristanlıqlarının olmasından narahatlıq keçirən bu riyakar hüquqşünas unudur ki, Azərbaycan əsgəri erməni qəbristanlığına heç vaxt toxunmayıb və toxunan deyil. Şəhərləri, kəndləri, qəbristanlıqları darmadağın etmək, məscidlərdə donuz saxlamaq erməni xislətidir və belə xislətliləri himayə edən İranın ünvanına Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Zəfər bayramında Şuşadan dediyi sözlər tam məntiqli və təkzibolunmazdır. İranın ünvanına deyilən və reallığı özündə ehtiva edən sözdən, necə deyərlər, ermənisayağı söz çıxardıb həyasızlıq etmək kimi hüquqşünasa xas olmayan keyfiyyətlərə malik Tatoyanın özünü həm də İranın tərəfdarı kimi göstərməsi məhz elə ermənilərin yazdığı şərhlərdə tənqid olunur.

Noyabrın 10-da Müdafiə nazirliyinin binasında Paşinyanın rəhbərliyi altında müşavirə də keçirilib və «Ermənistan Respublikası silahlı qüvvələrinin 2023-2027-ci illər üzrə inkişaf planı» müzakirə edilib. Qeyd olunub ki, növbəti ildən dövlət büdcəsində müdafiə xərcləri artırılacaq və dost ölkələrdən silahlar alınacaq. Bu bir daha göstərir ki, ermənilər sülh sazişinin imzalanmasının vaxtını uzatmağa cəhd etməklə İrandan və başqa himayədarlarından silah alınmasını gözləyirlər. Siyasi şərhçi Nazaryanın bu barədə fikri diqqətçəkəndir. O, deyir ki, Ermənistan artıq sülh müqaviləsinə deyil, əbədi təslim aktına imza atmaq yolu tutub. Noyabrın 5-də müxalifətin keçirdiyi mitinqdə də Azərbaycanla sülh müqaviləsinin bağlanılmaması, Türkiyə ilə danışıqların dayandırılması barədə sərsəm fikirlər yenə də səsləndirilib. Müxalif liderlər onları dəstəkləməyən nüfuzlu şəxsləri Azərbaycanın «mehriban düşmənləri» adlandırıblar. Siyasətçi Geğam Nazaryan isə Azərbaycan əleyhinə danışmayan deputatları, xüsusilə Vigen Xaçatıryanı «Azərbaycanın Ermənistandakı səfiri» adlandıraraq onların guya reallığı dərk etmədiyini bildirib. Reallıq isə məlum olduğu kimi, tam Azərbaycanın xeyrinədir və bu reallığı Azərbaycan ordusu özünün Ali Baş Komandanının rəhbərliyi altında qanlı döyüşlərdə qazanaraq, öz adının və Prezidentinin adının önünə Müzəffər sözü kimi şərəfli tarixi həqiqət həkk edib. Bunu hələ də dərk etməyən Paşinyanın noyabrın 9-da Putinlə telefon görüşü zamanı yenə də kəkələməsi də sübut edir. Erməni KİV-ləri yazır ki, həmin telefon söhbəti zamanı noyabrın 23-də İrəvanda keçiriləcək KTMT ölkələri dövlət başçılarının Zirvə toplanışı, bununla bağlı Vladimir Putinin noyabrın 22-də İrəvana səfəri müzakirə olunub. Putinin İrəvana gələcəyi isə heç də hamının ürəyincə deyil. Anti-rus «Qütb» və «5165» hərəkatının liderlərinin Putinə qarşı etiraz aksiyası keçirməsini planlaşdırması da erməni mətbuatının noyabrın 10-da yayılmış xəbərlərindəndir.

Göründüyü kimi, ermənilər yenə təşviş içindədirlər və onların reallığı dərk etməsi hələ mümkün deyil.

Nəsib QARAMANLI

Oxşar xəbərlər