Yekunda KTMT-ya üzv dövlətlər arasında aparılan xarici siyasət, müdafiə və təhlükəsizliyə dair qarşılıqlı memorandum imzalanıb, 2022-2024-cü illər üçün fəaliyyət proqramı qəbul edilib.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və KTMT-nın baş katibi Stanislav Zas iclas barədə mətbuat üçün açıqlamalar veriblər.
Müxalifət isə səhər tezdən başlayaraq bütün iclas boyu iqtidar əleyhinə müxtəlif şüarlar səsləndirib. Binaya girmək istəyənlər isə polislərdən ibarət «canlı divarı» yara bilməyiblər.
Nəsib Qaramanlı