27.10.2025, 13:18
AZ EN
27.10.2025, 10:49 109

Azərbaycanın tranzitlə bağlı qərarına qarşılıq olaraq Ermənistan müvafiq addımlar atacaq

XƏBƏRLƏR
  • Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması barədə bəyanatı tarixi hadisədir.

Bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə büdcə dinləmələrində bildirib.

O deyib ki, Ermənistanın da müvafiq addımlar atması vacibdir.

Paşinyan qeyd edib ki, Qazaxıstandan Ermənistana ilk taxıl partiyası Azərbaycan-Gürcüstan-Ermənistan dəmir yolu marşrutu ilə Azərbaycan ərazisindən idxal ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatı zamanı Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını deyib.

“Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”, - dövlət başçısı vurğulayıb.

Ermənistan Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevə Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasına görə təşəkkür edib. (APA)

Oxşar xəbərlər