Onun sözlərinə görə, pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq:
"Pensiya kapitalının nə qədər artırılacağına gəldikdə isə, Mərkəzi Bank 2025-ci il üçün inflyasiya proqnozuna yenidən düzəliş edib. Baş Bankda bu il Azərbaycanda qiymətlərin 6.0 faiz artacağını proqnozlaşdırırlar. Dövlət Statistika Komitəsinə görə, bu ilin ilk 9 ayında istehlak qiymətləri indeksi 5.7 faiz olub.
Bu o deməkdir, mövcud qanuna əsasən, Mərkəzi Bankın proqnozunda kənarlaşma olmazasa vətəndaşların pensiya kapitalı təxminən 6.0 faiz artırılacaq. Yəni, bu halda əgər vətəndaşımızın 50 min manat pensiya kapitalı varsa onun vəsaiti gələn il təxminən 3 min manat artırılacaq. Təbii ki, daha konkret rəqəm yanvar ayında elan olunacaq. Bu artım vətəndaşlarımız pensiyaya çıxan zaman daha çox pensiya alması və kapitalın inflyasiyadan qorunması baxımdan vacibdir"-, deyə V.Bayramov vurğulayıb.
Tahirə AĞAMİRZƏ