22.11.2024, 04:08
AZ EN
23.05.2023, 17:51 199

Vüqar Bayramov: “Nəzərdə tutulan güzəşt sahibkarların xərclərini xeyli azaldacaq”

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarları kommunal xidmətləri ödənişləri ilə bağlı  10 il müddətinə güzəşt ələ ediblər. Yeni güzəşt ishtesal olunan məhsulların maya dəyərini azaldaraq rəqabət qabiliyyətini artırmaqla yanaşı, həm də azad edilmiş ərazilərdə  iqtisadi canlanmanın sürətləndirilməsinə və investisiya cəlbediciliyinin artırılmasına  müstəsna təsir edəcək.

Sırf istehsal sahəsi ilə məşğul olan sahibkarlar kommunal xidmətlərə görə ödədikləri vəsaitin bir qismini geri ala biləcəklər. Daha dəqiq desək, işıq, su, qaz və kanalizasiya xidmətlərindən istifadə üçün büdcəyə ödənilən pulun 20 faizi geri alınacaq.

“Əgər sahibkarlar tərəfindən ay ərzində fərqli kommunal xidmətlərdən istifadə zamanı 1000 manat ödəniş həyata keçirilibsə, həmin 1000 manatın 200 manatı birbaşa sahibkarın hesabına ödəniləcək və nəticədə 1000 manatlıq kommunal xidmətdən istifadə edən sahibkar üçün kommunal xidmət üzrə xərc məbləği 800 manat olacaq”.

Bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov İctimai TV-nin “Qarabağ gündəliyi”nə açıqlamasında bildirib.

İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına əsasən ödənişlər aylıq hesablanacaq və məbləğ sahibkarın hesabına köçürüləcək. 10 il müddətinə nəzərdə tutulan güzəşt sahibkarların xərclərini bir xeyli azaldacaq. Ümumilikdə dövlət dəstəyi tədbirləri ərazidə istehsal olunan məhsulların maya dəyərini azaldaraq rəqabət qabiliyyətini artıracaq.

Vüqar Bayramovun sözlərinə görə, sahibkar praktik olaraq bir tərəfdən vergilərdən azad olacaq, digər tərəfdən kommunal xidmətlər üzrə kompensasiya, güzəşt əldə etmək imkanına malik olacaq. Bu da imkan verəcək ki, bir tərəfdən həmin ərazilərimizdə sahibkarlar tərəfindən həm daha çox sərmayənin cəlb edilməsi mümkün olsun və həmin sahibkarların istehsal etdiyi məhsulların maya dəyəri aşağı olacaq. Bu da həmin məhsulların daha ucuz qiymətə bazarlara çıxarılmasını təmin edəcək.

Bütün bunlar Qarabağ və Şərqi Zəngəzuru yerli və xarici investorlar üçün biznes cəlbediciliyini artıracaq. Bu da təbii ki, ərazilərimizin daha qısa müddətdə bərpası baxımından  vacibdir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR