Bu sözləri İspaniyanın “Alumbrado Tecnico Publico” (İctimai Texniki İşıqlandırma) şirkətinin nümayəndəsi İqnasio Qalanena deyib.
O, təmsil etdiyi şirkətin fəaliyyət istiqamətindən danışıb və daha sonra Azərbaycanla əməkdaşlıq imkanlarını nəzərdən keçirdiklərini bildirib: “Biz işıqlandırma işlərini icra edən bir şirkəti təmsil edirik. Əsasən, infrastruktur, kurortlar, istirahət məkanlarında layihələri icra edirik. Qarabağ və Şərqi Zəngəzurda da təkliflər olarsa, işıqlandırma sistemlərimizlə o ərazilərdə də müvafiq işləri yerinə yetirə bilərik”.
“Hələ bu istiqamətdə əməkdaşlığa başlamamışıq, amma ilk fürsətdəcə qarşılıqlı əməkdaşlıqdan faydalanacağımızı düşünürük. Azərbaycana səfərimizin də mahiyyəti məhz budur ki, gələcəkdə birgə əməkdaşlıq imkanlarımız daha da artsın”, - deyə şirkət nümayəndəsi vurğulayıb. (Trend)