Yeməkxanada valideynlər öz övladları ilə birlikdə nahar edərək burada təhsil alan kursantların sağlam şəraitdə qidalanması və dincəlməsi üçün yaradılan şəraiti müşahidə ediblər. Daha sonra kursantlar və onların valideynlərinin Akademiyanın rəhbərliyi ilə görüşü keçirilib. Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov qonaqlara Akademiyada yaradılan imkanlar, şərait, güzəştlər, nəzərdə tutulan işlər barədə məlumat verib. Valideynlərə rəy və təkliflərini bildirmək üçün şərait yaradıb və onları maraqlandıran suallar cavablandırılıb.
Akademiyanın rəisi qeyd edib ki, burada hər bir kursantın yüksək ixtisaslı kadr kimi formalaşması, xidməti borca və anda sadiq qalması, öz üzərində işləməsi və peşəkarlığını artırması üçün hər cür şərait yaradılıb. Eyni zamanda valideynlər də Akademiyada yaradılmış şəraitə görə öz təşəkkürlərini bildiriblər.