- Türkiyənin “Albayrak” şirkətlər qrupu Azərbaycanın azad edilmiş ərazilərinə investisiya qoymaqda maraqlıdır. Bunu şirkətlər qrupunun rəhbəri Ahmet Albayrak Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə əməkdaşlıq müqaviləsinin imzalanması mərasimində deyib.
Onun sözlərinə görə, "Albayrak Holding" Azərbaycanda, o cümlədən, azad edilmiş ərazilərdə layihələrə investisiyaların artırılmasında maraqlıdır.